Moldova prezidenti rus qoşunlarının çıxarılmasını tələb etdi

Seçkidə qalib gəlmiş Moldovanın yeni prezidenti Nikolay Timofti Dnestryanı bölgədən Rusiya qoşunlarının çıxarılmasını tələb edib. Parlament qarşısında çıxış edən Timofti rus qoşunlarının mülki müşahidəçilərlə əvəz edilməsinin vacibliyini qeyd edib. Yeni prezident Moldovanın neytralitetinin qorunmasını istəyib. Dnesteryanı bölgə konflikti Moldova konstitusiyasına uyğun olaraq, ərazi bütövlüyünün təmin edilməsi şəraitində həll edilə bilər. 
Xatırladaq ki, 1992-ci ildə iki ölkə arasında imzalanmış müqavilə əsasında rus sülhyaratma qüvvələri münaqişə ərazisində yerləşdirilib. Hal-hazırda Dnestryanı bölgədə 1500 Rusiya hərbçisi var.
azadliq.info