İşıq pulu bahalaşdı

ishiq elektrik

Hökumətdən növbəti talançı qərar

Tarif Şurasının eklektrik enerjisinin qiymətini qaldırıb. Qərar qurumun dünən keçirilən iclasında qəbul edilib. Tarif Şurasının məlumatına görə, elektrik enerjisi “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin müraciətləri əsasında qaldırılıb.

Qərara əsasən bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilmişdir.

Bahalaşma istehsal güclərinin artırılması, paylayıcı şəbəkələrin genişləndirilməsi, itkilərin azaldılması, enerji təchizatının davamlılığının təmin edilməsi üçün böyük həcmdə investisiya qoyuluşu, istehsalçının və paylayıcı şəbəkənin balansına xeyli tikili, qurğu, ötürücü qurğu, maşın və avadanlıqların qəbul edilməsi və nəticədə saxlanma və təmir xərclərinin artması ilə əsaslandırılıb.

Ikinci devalvasiyadan sonra inflyasiya prosesləri sürətlənib. Qiymətlərin artması əhalinin sosial vəziyyətini daha da ağırlaşdırıb. Qiymətlərin onsuz da artdığı bir dövrdə işıqpulunun qaldırılması inflyasiya proseslərini daha da sürətləndirəcək və əhalinin maddi həyat şəraitinin daha da pisləşməsilə nəticələnəcəyi şübhə doğurmur.