Bakıda polis idarəsinin köhnə binası yanır

yangin-yeniBu gün günorta saatlarında Bakının mərkəzində yerləşən binalardan birində yanğın başlayıb. Lent.az-ın məlumatına görə, Neftçilər prospekti 129 ünvanında yerləşən 4 mərtəbəli binada güclü yanğın qeydə alınıb. Alovlar ilk olaraq binanın 2-ci mərtəbəsini bürüyüb.

Bildirilir ki, yanan binada 2010-cu ilədək Səbail rayon Polis İdarəsi yerləşib. Hazırda yanan ərazidə yaşayış yoxdur. Bununla belə ətraf mənzillərdə yaşayan insanlar təxliyə edilib.

Hazırda yanğın nəzarətə alınıb və tezliklə söndürüləcək.