“Təqib kampaniyası həm də rəsmi “Yeni Azərbaycan” qəzeti tərəfindən müşayiət olunub”
“Jurnalist Xədicə İsmayılovaya qarşı təxribat və şantaj hakimiyyətin ali eşelonunda korrupsiya faktlarının araşdırılması ilə məşğul olan jurnalisti gözdən salmaq üçün çirkin cəhddir”. Bunu “Amnesty İnternational” təşkilatının nümayəndəsi Con Dalusen bildirib (contact.az).
“Gizli kameranın İsmayılovanın mənzilində quraşdırılması və sonradan videoçəkilişin guya müxalifətə məxsus saytda yerləşdirilməsi hakimiyyətin buna bağlılığından xəbər verir.
Həmçinin məlumdur ki, bu təxribat elə düşünülüb ki, jurnalistin reputasiyasına maksimum zərər vurulsun, konservativ Azərbaycanda ətrafdakılar tərəfindən zorakılıq riskinə məruz qalsın. Onu da qeyd edək ki, İsmayılovaya qarşı təqib kampaniyası yalnız anonim mənbələr tərəfindən deyil, həm də rəsmi “Yeni Azərbaycan” qəzeti tərəfindən müşayiət olunub”, – edyə Dalusen vurğulayıb.
Aİ-nin bəyanatında deyilir ki, prezident İlham Əliyev İsmayılovanı Azərbaycan hakimiyyətini sevməyən adam adlandıraraq onun “Azadlıq” radiosunun Azərbaycan xidmətinin rəhbəri postundan kənarlaşdırılmasını ABŞ-ın rəsmi nümayəndələrindən tələb etmişdi.


