Əliyev nəyin izahatını verməlidir?

ilhamaliyev-shekide1Böhran dövründə daxilolmalar 17 faiz artıbsa…

Öləkə başçısı Ilham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında çıxşı zamanı bildirdi ki, gömrük orqanlarından  daxilolmalar 17 faiz artıb. Vergilər Nazirliyinin xəttiylə də örənişlərin normal olduğunu vurğuladı. Ölkə başçısı bu rəqəmləri fəxrlə söylədi və müsbət məqam kimi xatırlatdı.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 8367,5 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 5036,1 milyon dollar, idxalın dəyəri 3331,4 mln. dollar təşkil edib.ÿBu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Ötən ilin beş ayı ilə müqayisədə ümumi xarici ticarət dövriyyəsi 3359,10 mln. dollar yaxud 28,65%, ixrac 2619,7 mln. dollar yaxud 34,22%, idxal isə 736,4 mln. dollar 18,1% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ticarətin müsbət saldosu 1883,3 mln. dollar yaxud 52,49% azalaraq 1704,7 mln. dollara bərabər olub.

Görüdüyü kimi ötən müdət ərzində xarici ticarət dövriyyəsində, idxal-ixrac prosesində ciddi azalma qeydə alınıb. Belə olan halda olquqca ziddiyyətli bir vəziyyət yaranıb. Necə olur ki, xarici ticarət dövriyyəsi azalır, idxal aşağı düşür, vergi ödəyiciləri kəskin şəkildə azalır və belə bir vaxtda gömrük orqanlarından, vergilərdən daxilolmalar artır? Əslində, ötən illərlə müqayisədə gömrükdən, neft fondundan, Vergilər nazirliyindən büdcəyə ödənişlər kəskin azalmalıydı.

O zaman sual meydana çıxır. Əgər neftin qiymətinin kəskin azaldığı, iqtisadi göstəricilərin sürətlə aşağı düşdüyü vaxtda büdcəyə daxil olmalarÿbu qədərdirsə, iqtisadi göstəricilərin yüksək olduğu vaxtlarda niyə daxilolmalar az olub? Niyə, Maliyyə Nazirliyi həmin dövrlərdə daha yüksək proqnozlar verməyib? Niyə, proqnoz büdcə təsdiq olunandaÿ Milli Məclis rəqəmlərin az göstərilməsinə etiraz etməyib? Ölkə başçısı büdcəyə ödənişlərə nəzər salanda əvvəlki illərlə ziddiyyəti görmürmü?

Əslində, bu ziddiyyətləri görmək üçün iqtisadçı olmağa, dərin biliyə ehtiyac yoxdur. Hətta bu il göstərilən rəqəmlər düzdürsə, bu o deməkdir ki, əvvəlki illərdə milyardlarla vəsait büdcədən yayındırılıb, mənimsənilib. Bəli, əgər iqtisadi göstəricilərin yüksək olduğu vaxtlarda büdcəyə daxil olmalar indikindən çoxdursa, deməli ötən illər ərzində korrupsiyanın səviyyəsi pik həddə olub.

Xatırladaq ki, Dünya Bankı Azərbaycanda gizli iqtisadiyyatın olduğunu, “qara kassa”nın 30-50 faiz təşkil etdiyini bildirəndə, Azərbaycan hökuməti üsyan edirdi. Yaxud, mətbuat gizli iqtisadiyyatı, qara kassanı gündəmə gətirəndə, bunu qərəz kimi təqdim edirdilər.

Indi isə ölkə başçısı səviyyəsində etiraf olunur ki, Azərbyacanda gizli iqtisadiyyatın həcmi ehtimal olunandan da çoxdur. Əgər iqtisadi göstəricilərin azaldığı vaxtda gömrükdən daxilolmalar 17 faiz artıbsa, əvvəlki illərdə bu artım 30-40 faiz təşkil etməliydi. Çünki, əvvəlki illərdə iqtisadi göstəricilər müqayisədə 30-40 faiz artıq idi.

Ona görə də ölkə başçısı 17 faizlik artımdan fəxrlə danışmaq əvəzinə, yaranmış ziddiyyətə aydınlıq gətiməlidir. Ötən illərdə niyə artımın müşahidə edilmədiyinin, bu qədər vəsaitin büdcədən necə yayındığının hesabatını verməlidir. Böhran zamanı 5 manat qazanc olubsa, inkişaf dövrünün 25 maantları niyə görünməyib? Ilham Əliyevin dedikləri fəxr etməyə əsas vermir, gömrükdəki, vergi sistemindəki korrupsiyanın miqyasını göstərir.

Samir