Metroda “ÇP”: Qatar 30 dəqiqə tuneldə qalıb

Martın 15-də saat 18:30 radələrindən etibarən Bakı metropoliteninin müxtəlif stansiyalarında sıxlıq yaranıb.
Lent.az-ın müxbirinin verdiyi məlumata görə, metronun bir sıra stansiyalarında platformaya daxil olmaq mümkün olmayıb. Xüsusi ilə də “Elmlər Akademiyası” və “28 May” stansiyasında sıxlıq yaşanıb. Səbəb isə qatarlardan birinin metronun “28 May” və “Gənclik” stansiyaları arasında texniki nasazlıq səbəbindən dayanması olub. Qatar təxminən yarım saat tuneldə qalıb. Sərnişinlər gərgin psixoloji vəziyyətə düşüb.
Bakı Metropolitenindən Lent.az-a bildiriblər ki, texniki nasazlıq yaranmış qatar qoşqu vasitəsi ilə depoya aparılıb.