Yaxın zamanlarda Çini ciddi dəyişikliklər gözləyə bilər. Çinin baş naziri Ven Zyabao bəyan edib ki, əgər yaxın zamanlarda ölkədə siyasi islahatlar keçirilməzsə, Çin iqtisadi böyümənin aşağı düşməsi riski ilə üz-üzə qalacaq. İqtisadi artımın zəifləməsi ilə yanaşı Çinin hərbi və polis xərcləri də artır. Ven Zyabao Ümumçin Xalq Nümayəndələrinin sesiyasında deyib: “İndiki zamanda islahatların həlledici mərhələsi gəlib çatıb. Siyasi sistemdə islahatlar keçirmədən iqtisadi sistemin islahatı sonacan həyata keçirilə bilməz. Əldə olunan uğurlar isə itirilə bilər. Cəmiyyətdə yaranan yeni problemlər həllini tapmazsa, Böyük Mədəni İnqilabın faciəvi nəticələrini yenidən yaşaya bilərik.” Bundan başqa baş nazir qeyd edib ki, “sosialist demokratiya siyasəti” ancaq daxili şəraitə uyğun və əhalinin dəstəyi ilə keçirilə bilər.
azadliq.info


