Mehman Əliyev: «Münaqişənin həllinə başlanan gündən bəyan olunur ki, «tərəflər güzəştə getməlidir»
Qarabağ danışıqlarındakı aktivliyin ciddi əsaslarının olmadığı bəlli olmaqdadır. Çünki danışıqlar prosesinin detalları barədə açıqlananlar heç də nikbin əhval-ruhiyyəyə qapanmağa imkan vermir. “Münaqişənin həllinin yeganə mümkün variantı mərhələli həll variantıdır”,- bu sözləri dövlət başçısı Ilham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.
Iclas zamanı çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısının fikrincə, münaqişə tezliklə həllini tapmalı, status-kvo dəyişilməlidir.
Danışıqlarda konkret nəticənin olmadığını Rusiyanın Azərbaycandakı səfiriÿ Vladimir Doroxinin açıqlaması da sübut edir. “Azərbaycanla Ermənistan arasındakı müharibə Rusiya üçün bu problemin əhatəsində ola biləcək ən pis ssenaridir”. Doroxin “Hesabat” verilişində aprel hadisələrindən danışarkən deyib.
Qarabağ münaqişəsinin həlli istiqamətində son zamanlar xüsusi canlanmanın müşahidə olunmasından danışan səfir vurğulayıb ki, apreldə hadisələri Qarabağ münaqişəsinin heç də dondurulmadığını və onun həlli istiqamətindəÿdaha ciddi addımların atılmasının vacibliyini bir daha göstərdi: “Elə bir kompromisə gəlmək lazımdır ki, tərəflər bir-birinə etibar edə bilsin. Təzyiq yolu ilə deyil, hər iki tərəfin eyni səviyyədə qəbul edə biləcəyi formulanın axtarışı yolu ilə həll metodu üzərində çalışırıq”.
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev vurğuladı ki, münaqişənin həllinə başlanan gündən bəyan olunur ki, “tərəflər güzəştə getməlidir”. M.Əliyevin sözlərinə görə, status məsələsinin həllinin yolu müəyyən edildikdən sonra növbəti addımların nə olacağını söyləmək olar: “Prinsipcə, Minsk qrupunun son təklifləri Azərbaycanı qane edir. Amma Ermənistan tərəfi bu təkliflərlə razı deyil. Ona görə burada problem Ermənistandadır. Yerevan hələ problemin həllinə hazır deyil. Ona görə münaqişənin həllində hər hansı ciddi irəliləyiş olmayacaq. Görünür, cəbhə bölgəsində yenidən gərginliyin artmasını və yenidən qısamüddətli toqquşmanı gözləmək gərəkdir ki, münaqişənin həllinə yenidən diqqət artsın”.
Xəyal