AXCP sədri Əli Kərimli facebook səhifəsində ölkəni bürüyən intiharlardan, hökumətin bu dəhşətli mənzərəyə səssizliyindən yazdı:
İki gündə 5 intihar və sıfır reaksiya. İnsan həyatı nə qədər ucuzlaşdı bu ölkədə?! İntiharlar artıq nəinki dövlət orqanlarını narahat etmir, hətta mətbuat və sosial şəbəkələr üçün də xəbər, gündəm belə olmur. Təbii ki, intihara əl atmaq acizlik, zəiflikdir və qınanılmalıdır. Amma cəmiyyətdə hamı güclü ola bilməz axı. Bəs bu zəiflərin, çarəsizlərin fəryadını heç kim eşitməyəcək? Niyə İlham Əliyev özü, hökuməti, təyin olunmuş parlamenti bir dəfə oturub müzakirə etmir ki, insanlar bu ölkədə nə üçün yaşaya bilmirlər? Niyə cavan, enerjili adamlar bu ölkədə özlərini öldürməkdən başqa çıxış yolu tapmırlar? Hakimiyyətin bu ciddi problemə qeyri-cidi münasibətində bizim də toplum olaraq payımız var. Bu intihar fəryadları xalqın özünü tərpətmirsə, xalqdan çoxdan qopmuşlardan nə gözləyək?