Bundan sonra banklara necə etibar ola bilər?

samir-eliyev-iqtisadciMaliyyə Bazarlarına Nəzarət Palatası Bank Standartı nəzarətə götürüb. Əvvəl 1 ay möhlət istədilər. Ondan sonra daha bir ay uzatdılar. Əvvəlcə, əmanətçibaşına 1000 AZN verdilər. Sonra dedilər problem yoxdur və işlər yoluna düşüb. Məlum oldu ki, limit yenə qalb. Bu dəfə əmanətçibaşına 5000 manat verirlər. Əmanətçilər pulu dollarla yerləşdiriblər, bank isə manatla qaytarır. Özü də necə? Alış məzənnəsi ilə. Əmanətçi pulu bankdan götürüb onu yenidən dollara çevirsə, ən azı 4-5% itkiyə məruz qalacaq. Bunun məsuliyyəti kimin üzərindədir? Niyə tənzimləyici qurum olan Mərkəzi Bank vəziyyətin bu həddə çıxmasına imkan verib? Niyə vaxtında tədbirlər görməyib?

Dövlət əmanətləri 100% sığortalayır. Bu sığorta sisteminin əhəmiyyəti nədir? əgər insanlar pulunu vaxtında və tam ala bilmirsə, onda sığorta sisteminin faydası nədir? Bank Standart hadisəsindən sonra kim öz pulunu bank sektoruna etibar edəcək? Axı, problem təkcə Bank Standartla yekunlaşmayacaq. Çox keçməz digər bankların da problemləri üzə çıxacaq

Bank Standartı problemi həll olunan deyil. Bu bank Beynəlxaq Bankdan sonra dövlətə başağrısı verən ikinci bankdır. Onun xilası üçün böyük həcmdə vəsait tələb olunur. Vaxtı uzada-uzada problemi insanların əziyyəti, itkisi hesabına həll etmək çıxış yolu deyil.

Göründüyü kimi suallar çoxdur, cavablar isə yoxdur. Əmanətçilər və kredit müştəriləri banklarla üz-üzə qalıblar. Onların müraciət edəcəkləri nə ünvan var, nə də qanun.

 

Yazı iqtisadçı-ekspert Samir Əliyevin facebook səhifəsindən götürülüb.