8 aprel mitinqi harada olacaq?

Ictimai Palatanın Koordinasiya Şurası bu suala növbəti iclasında qərar verəcək

Ictimai Palatanın Koordinasiya Şurası ötən gün iclas keçirib. Iclasın gündəliyi barədə “Azadlıq”a məlumat verən Koordinasiya Şurasının üzvü Mehriban Vəzir bildirib ki, toplantıda Ictimai Palatanın təşkilatlanması, regional qurumların genişləndirilməsi məsələləri müzakirə edilib.
Bundan başqa, gənclərin martın 17-də keçirmək istədikləri aksiya, həmçinin Ictimai Palatanın 8 aprel mitinqi də iclasda geniş müzakirə olunub. Ictimai Palatanın 8 aprel mitinqinin harada keçirilməsilə bağlı yekun qərar qəbul olunmayıb. Toplantı iştirakçıları belə qərara gəlib ki, mitinqin yeri Koordinasiya Şurasının növbəti iclasında müəyyənləşdirilsin.

Hikmət