5 ayda əhali banklardan 2 milyard manat əmanətini geri çəkib

pulİyun ayının 1-nə  (01.06.2016) əhalinin banklardakı əmanətləri 7 milyard 565,9 milyon manat təşkil edib.

“Marja” Mərkzi Banka istinadən xəbər verir ki, May ayında əhalinin əmanətləri 119,1 milyon manat azalıb. Aprel ayında əhalinin əmanətləri 203,9 milyon manat azalmışdı.

Yanvar ayının 1-də əhalinin banklarda 9 milyard 473,9 milyon manat əmanəti var idi. Ötən 5 ayda əmanətlər 1 milyard 908 milyon manat azlıb.

Əhalinin əmanətləri 

Tarix mln. AZN
01.06.2016 7565,9
01.05.2016 7685,0
01.04.2016 7888,9
01.03.2016 8077,3
04.02.2016 8643,3
01.01.2016 9473,9
01.12.2015 7089,5
01.11.2015 7172.9
01.10.2015 7311.8
01.09.2015 7320.3
01.08.2015 7605.1
01.07.2015 7653.6
01.06.2015 7601.1
01.05.2015 7717.2
01.04.2015 7781.6
01.03.2015 7932.7
01.02.2015 7121.3
01.01.2015 7188.3