Xaç gəzdirmək qadağan edilir

Britaniyada artıq iki nəfər uniformaya – iş geyiminə uyğun gəlmədiyinə görə xaç taxmaq bəhanəsiylə işdən qovulub

Britaniya hökuməti xristian simvollarını qadağan edə bilər. Artıq iki nəfər boynunda xaç gəzdirdiyinə görə işdən qovulub. Onlar işlədikləri şirkəti məhkəməyə versələr də, bütün instansiyalarda uduzublar. İndi isə məsələ Avropa İnsan Haqları Məhkəməsinə çıxıb.
 
Xaç uniformaya uyğun deyil
İlk belə hadisə 2006-cı ildə baş verib. British Airways şirkətinin əməkdaşı Nadia Eweida xaç salmaqla uniforma qaydalarını pozduğuna görə müəyyən müddətliyinə işdən uzaqlaşdırılmışdı. O, hava yollarını məhkəməyə verəndən sonra isə ümumiyyətlə işdən qovulub.
Bundan sonra The Royal Devon & Exeter NHS Trust Hospitalına çalışan tibb bacısı Shirley Chaplin oxşar səbəbdən işdən çıxarılıb. 30 il bu xəstəxanadan işləyəndən sonra onu xaç saldığına görə işdən qovmuşdular. Tibb bacısına bildirmişdilər ki, iş yerində zərgərlik məmulatı taxmaq sanitariya və gigiyena qaydalarına ziddir.
 
İnanca görə yox, dinə görə xaç taxırlar
“The Guardian” yazır ki, hər iki qadın Birləşmiş Krallıqdakı məhkəmələri uduzandan sonra Strasburqa üz tutub. Lakin Britaniya rəsmiləri də xaç salmağın əleyhinə çıxış edirlər. Bərabərlik naziri Lynne Featherstone da xaça qarşı danışıb. Hətta Canterbury arxiyepiskopu deyib ki, boyuna xaç salmaq xristian simvolu sayılmır, bu, daha çox bəzək xatirinə edilir.
Keçmiş arxiyepiskop, lord George Kerri hökuməti bu istəyinə görə tənqid atəşinə tutub. O, dövlətin dindarlar üzərində diktatura yaratmaq istədiyini, xristianlığı ictimai həyatdan sıxışdırıb çıxartmağa çalışdığını iddia edib.
 
Azadlıq Radisou