Leyla və Arif Yunuslar Avropa Parlamentinin prezidenti ilə görüşüb

yunus-shultsHəbsdən azad edildikdən sonra Avropaya gedən Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus Avropa Parlamentinin prezidenti Martin Şultzla görüşüb. Bu barədə keçmiş vicdan məhbuslarının qızı Dinara Yunus özünün facebook səhifəsində məlumat verib. O, həmçinin, valideyinləri ilə Avropa Parlamentinin prezidentinin birgə fotosunu paylaşıb.