Ələsgər Məmmədli: «İcra strukturlarının onsuz da geniş olan səlahiyyətləri bir qədər də artırılır, bu isə işin effektivliyinə təsir edir»
Bir neçə gün əvvəl dövlət başçısı Ilham Əliyev “Icra məmurları haqqında” Qanununda edilmiş dəyişikliyi təsdiqləyib. Lent.az-ın məlumatına görə, dəyişiklik artıq qüvvəyə minib. “Icra məmurları haqqında” Qanununun Inzibati Xətalar və Cəzaların Icrası Məcəlləsinə uyğunlaşdırılması məqsədi ilə edilmiş dəyişiklik bu formadadır.
“Icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin beşinci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib: “Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir”.
Bu dəyişiklik nəyə xidmət edir? Verilən yeni səlahiyyət hansı dəyişikliyə səbəb olacaq?
Hüquqşünas Ələsgər Məmmədli bildirdi ki, qanuna edilən dəyişiklik sırf nəzarətə xidmət edir. Amma ümumilikdə son zamanlar icra orqanlarına həddindən artıq səlahiyyətin verildiyini deyən Ə.Məmmədli vurğuladı ki, bu isə onların işinin effektivliynə xidmət edir: “Bu səalhiyyətlərlə bağlı ciddi araşdırmaq lazımdır. Yeni səalhiyyətlərin hansı məqsədə xidmət etdiyini yalnız bundan sonra söyləmək olar. Icra strukturlarının onsuz da geniş olan səlahiyyətləri bir qədər də artırılır. Bu həm də onların işgüzarlığını aşağı salır”.
Xəyal