
Əlcəzairli heykəltəraş Adel Abdessamed futbol tarixində son onilliyin ən dramatik anlarından birini əbədiləşdirməyi qərara alıb. Lent.az-ın “Sportmediaset”ə istinadən verdiyi məlumata görə, bu, fransalı sabiq futbolçu Zinəddin Zidanın 2006-cı il dünya çempionatının finalında italiyalı müdafiəçi Marko Materatsiyə kəllə atdığı epizoddur.
Əsər ABŞ-ın Nyu-York ştatındakı Devid Zvirnerin qalereyasında muzeyə qoyulub. Heykəltəraşlıq işinin adı “Kim böyük dəhşətli canavardan qorxur?” adlanır.


