Azərbaycan hökuməti növbəti “bayraq hörmətsizliyi” ilə üzləşib. Olay müdafiə naziri Səfər Əbiyevin İrana səfəri zamanı baş verib. Nazirin iranlı həmkarı Əhməd Vahidi tərəfindən rəsmi qarşılanma mərasimində səhnədə qoyulmuş Azərbaycan bayrağı tərsinə asılıb. Əvvəlki oxşar hadisələrdə olduğu kimi bu dəfə də Azərbaycan rəsmilərinin buna hər hansı reaksiyası qeydə alınmayıb.
azadlıq.info


