On minlərlə insan antihökumət yürüşünə qatıldı
Yaxın Şərq və Şimali Afrika ölkələrini bürüyən üsyan dalğası daha bir ölkənin vətəndaşlarını öz haqları uğrunda dinc mübarizə aparmağa ilhamlandırıb. Banqladeşdə on minlərlə insanın qatıldığı mitinq-yürüş keçirilib. Ölkə müxalifətinin təşkilatçılığı ilə baş tutmuş aksiya zamanı etirazçılar qarşıdan gələn parlament seçkilərinin bitərəf hökumətin nəzarətində keçirilməsi tələbini qalıdrıblar. Banqladeş Milli Partiyası və “Camaati İslam” partiyalarının fəalları hökuməti ölkənin 15 illik konstitusiyasından çıxarılmış maddənin bərpasını da tələb ediblər.
Baş nazir Şeyx Hasina hökumətinin ötən il ləğv etdiyi həmin maddədə, seçki ərəfəsində hakimiyyətin müvəqqəti bitərəf administrasiyaya təhvil verilməsi nəzərdə tutulurdu. Müxalifət bitərəf keçid hökumətinin yenidən təsis edilməyəcəyi təqdirdə, 2014-cü il seçkilərinin hazırkı hakimiyyət tərəfindən saxtalaşdırılacağını və imitasiya xarakterli addımlar atacağını iddia edir.
Yürüş-mitinq iştirakçıları hökumət əleyhinə şüarlar səsləndirərək ölkə vətəndaşlarını martın 29-da ümummilli kütləvi tətilə çağırıblar. Banqladeş müxalifəti qeyd olunan konstitusiya maddəsinin iyunun 11-nə kimi bərpa olunmayacağı təqdirdə etiraz aksiyalarını davam edirəcəklərini və hökumətin istefası tələbini qaldıracaqlarını bildiriblər.
İnformasiya şöbəsi


