Belçikada imam öldürüldü

Belçikanın paytaxtı Brüsseldə şiə məscidinə hücum olub. Hücum edən şəxs Molotof kokteyli ataraq məscidi yandırıb. Hadisə nəticəsində 47 yaşlı imam zəhərlənərək ölüb, bir nəfərin yaralandığı xəbəri verilir. RTFB kanalı 10 nəfərə yaxın adamın namaz qıldığı yerə çanta ilə daxil olan bir nəfərin görüntüləri yayılıb. Şahidlərin ifadəsinə görə çatasından içi benzin dolu şüşələri çıxaran həmin şəxs məscidi yandırıb. Yanğını söndürmək istəyən imam bu zaman boğularaq ölüb. Hadisənin Belçikada artıq etiraza səbəb olduğu bildirilir.

azadliq.info