Rusiyaya qarşı iddialar irəli sürməyin vaxtı çatıb

Vəfa Quluzadə: «Azərbaycan ərazi bütövlüyünün təmin edilməsini Rusiyadan tələb etməlidir»

Demokratik Azərbaycan ABŞ və NATO-nun güclü müttəfiqi ola bilər. Lakin bunun üçün ölkədə daxili siyasi vəziyyət sabit olmalıdır. Ictimai razılıq bunun əsas şərtidir, deyə politoloq Vəfa Quluzadə obyektiv.tv-yə müsahibəsində bildirib.
“Bizim üçün Şimali Afrika və Yaxın Şərqin ssenarisinin təkrarı arzuolunmazdır, effektiv siyasi və iqtisadi, məhkəmə və s. islahatlara ehtiyac var. Demokratiya havayı verilmir, onu əziyyətlə əldə etmək lazımdır, onu polis metodları ilə qəbul etdirmək olmaz”, – deyə Quluzadə bildirib. Xarici siyasi amillər də Azərbaycana birbaşa təsir edir. Belə ki, Rusiyadakı seçkilər cəmiyyətdəki parçalanmanı və bu ölkənin mövqeyinin tədricən zəiflədiyini bir daha göstərdi. Orada prezidentlik institutu sabit deyil, buna görə Vladimir Putin ilk vaxtlar şəxsi mövqeyini möhkəmlətməklə məşğul olacaq, ölkənin xarici siyasəti zəifləyəcək, bunun sayəsində Xəzəryanı ölkələr daxili işləri ilə məşğul ola bilərlər.
Iranda və onun ətrafındakı vəziyyət Azərbaycana və onun qonşularına təsir etməyəcək, belə ki, Iran karbohidrogenlərinə embarqo qoyulması ölkə rəhbərliyinin diqqətini daxili siyasi vəziyyətə yönəldib. Iran vətəndaşları hərbi əməliyyatların başlaması qorxusu ilə fəal şəkildə bizim ölkəmizin paytaxtında məskunlaşır.
Bir neçə il əvvəl başlamış bu proses cənubi və şimali azərbaycanlıların yaxınlaşmasına şərait yaradır. Rusiyaya qarşı iddialar irəli sürməyin vaxtı çatıb. “Hazırki qarşılıqlı münasibətlərdən belə çıxır ki, şimal qonşusu dostumuzdur, ermənilər isə düşmənimiz. Əslində isə Qarabağ münaqişəsinin təqsirkarı məhz Moskvadır. Məhz buna görə, Azərbaycan ərazi bütövlüyünün təmin edilməsini Rusiyadan tələb etməlidir, Quluzadə belə hesab edir.