Horadizdə yanğın olub – yaralanan var

yanginBu gecə Füzuli rayonu, Horadiz qəsəbəsində yanğın baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m olan taxta konstruksiyadan ibarət tövlənin dam örtüyü 80 kv.m sahədə və içərisinə yığılmış 1,5 ton ot bağlamasının 0,5 tonu yanıb.

Yanğın zamanı tövlədə olan 1 baş iribuynuzlu və ev quşları yanaraq tələf olub.

Hadisə nəticəsində 1 nəfər yanıq xəsarəti alıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb. (lent.az)