“Avro-2016″nın 1/4 final mərhələsinin oyunları davam edir. İkinci oyun günündə daha bir qarşılaşma keçirilib.
Artıq tunirdə yeganə Britaniya təmsilçisi olan Uels millisi Belçika ilə üz-üzə gəlib. Lilldə keçiriləcək oyunda Belçika yığması hesabı açsa da, Uels millisi 3 top vuraraq 3-1 hesabı ilə qələbə qazanaraq yarımfinala çıxıb.
Qollar: Naynqolan, 13 (0:1), Eşli Uilyams, 30 (1:1), Robson-Kanu, 54 (2:1), Sam Vouks, 85 (3:1)
Uels millisi yarımfinalda Portuqaliya yığması ilə qarşılaşacaq.



