Suriyada Bəşər Əsəd ordusu Latakiya əyalətində strateji vacib şəhər olan Kensabunu itib. Üsyançılar dağlıq ərazidə bu mühüm strateji nöqtə üzərində nəzarəti ələ alıb. Bu barədə Reuters məlumat yayıb. Şəhəri Ən-Nusrə cəbhəsinin döyüşçüləri ələ keçirib.
Kensabu Türkiyə sərhəddi yaxınlığında yerləşir. Əvvəllər üsyançıların nəzarətində olsa da, fevral ayında Əsəd ordusu Rusiya aviasiyasının dəstəyi ilə şəhəri ələ keçirmişdi.
azadlıq.info



