Daha bir tikinti şirkətinin rəhbəri həbs olundu

“Oskar Qrup” MMC-nin rəhbəri dələduzluqda təqsirləndirilir

Azərbaycanda tikinti şirkətinin rəhbəri həbs edilib. APA-nın məlumatına görə, “Oskar Qrup” MMC-nin rəhbəri Muxtar Bayramov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə daxil olan şikayətlər əsasında saxlanılan M. Bayramovun dələduzluq yollu ilə vətəndaşlardan külli miqdarda pul mənimsədiyi məlum olub. Onun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.