AÇ: Portuqaliya 1/2-də

futbol portuqaliya polshaBu gün “Avro-2016”nın 1/4 final mərhələsinin ilk oyunu keçirilib. Yarımfinal uğrunda Polşa və Portuqaliya milliləri üz-üzə gəlib.

Oyunun əsas vaxtı 1-1 hesablı bərabərliklə başa çatıb.

Qollar: Robert Levandovski, 4 (1:0), Renato Sançes, 33 (1:1)

Əlavə vaxtda tərəflər fərqlənə bilməyib və qalib penalti seriyasında müəyyənləşib. Burda portuqallar daha dəqiq olub.

Qeyd edək ki, cütün qalibi yarımfinalda Uels – Belçika oyununun qalibi ilə qarşılaşacaq.