İntihar sayı sunamidə həlak olanları keçdi

Keçən il Yaponiyada baş verən zəlzələ dağıntı gətirməklə bərabər insanların psixologiyasına da ciddi zədə vurub. Zəlzələ sonrası intihar sayında görünməmiş artım olub. Zəlzələnin gətirdiyi sunami nəticəsində 19 min adam həlak olmuşdusa, intihar edənlərin sayı 30 mini keçib. Keçəın il intihar edən yaponların sayı 2010-cu il ilə müqayisədə 20% artıb. 30651 nəfərin etdiyi ölkədə 30 yaşdan yuxarı kişilər üstünlük təşkil edir. Zəlzələ nətisəsində sunaminin gətirdiyi fəlakət və Fukiyama nüvə stansiyasının partlaması insanları ümidsiz vəziyyətə gətirib çıxarıb. Depresiyaya qapılan bir çox insan xilas yolunu intiharda tapır. Yaşayış səviyyəsinin yüksək olduğu ölkələrdən biri olsa da, Yaponiya ən çox intihar faktı qeydə alınan ölkələr sırasındadır.