Amerikalı aktyor Maykl Medsen öz oğlu ilə kobud rəftara görə həbs olunub. “Associated Press”in məlumatına görə, Los-Anceles polisi bildirib ki, Medsen içkili vəziyyətdə oğlu ilə dalaşıb və ona xəssart yetirib. Oğlana tibbi yardım göstərməyə ehtiyac olmasa da, onun bədənində döyülmə izləri aşkarlanıb.
Aktyorun döydüyü oğlunun adı açıqlanmır. Ümumiyyətlə isə Medsenin bir neçə nikahdan 5 övladı var.
Medsenin vəkili deyib ki, aktyor öz oğlunu marixuana çəkdiyi yerdə yaxalayıb, buna görə də ona qəzəblənib. “Bu ailə daxili məsələdir və Maykl onun şəxsi həyatı ilə bağlı hüquqlarına hörmət olunmasını istəyir “, – deyə vəkil bildirib. Hazırda Medsen 100 min dollar müqabilində zaminə buraxılmasına çalışır.
azadlıq.info