Jurnalistə qarşı şantaj ABŞ-da müzakirə olundu

Martın 8-də ABŞ Yayım Şurasında “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıla qarşı təhdidlər də müzakirə edilib. Şura üzvləri qeyd ediblər ki, araşdırmaçı jurnalist kimi tanınan Xədicə İsmayıl Azərbaycanda şantajla üzləşib. Onlar jurnalistin müdafiəsinin zəruri olduğunu qeyd ediblər.

Şuranın toplantısında bu qurumun çətiri altında fəaliyyət göstərən Yaxın Şərq Yayım Şəbəkəsi, Amerikanın Səsi radiolarının əməkdaşlarına qarşı təzyiqlər, bəzi qaynar nöqtələrdə onların qətlə yetirilmələri müzakirə edilib (“Azadlıq” radiosu).