İsrailin bombardmanı nəticəsində Fransanın Qəzzadakı konsulu və onun ailə üzvləri yaralanıb
İsrailin Fələstinin Qəzza sektorunu bombalaması nəticəsində Fransanın Qəzzadakı konsulu və onun ailə üzvləri yaralanıb.
APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, İsrailin atdığı raket diplomatın iqamətgahının 200 metrliyində partlayıb. Nəticədə konsul, onun həyat yoldaşı və 13 yaşlı qızı qəlpə yaraları alıblar.
Olayla əlaqədar İsrailin Parisdəki səfiri Fransa XİN-ə çağırılaraq ona rəsmi etiraz bildirilib.


