ABŞ Çinə qarşı tədbir almazsa onun üçün gec olacaq
Amerika Konqresi üçün hazırlanan hesabatda Çinin kiber müharibə imkanlarının real müharibə təhlükəsi yarandığı halda ABŞ üçün ciddi hədə ola biləcəyi xəbərdarlığı verilib. Konqresdəki ABŞ-Çin İqtisadiyyat və Təhlükəsizlik Komisiyasının dərc etdiyi hesabatda Çin silahlı qüvvələrinin “informasiya müharibələri” sahəsinə istiqamətləndiyini bildirilib. Hazırlanan 136 səhifəlik hesabat xarici şirkətlərlə ortaq biznesi olan Çin telekomunikasiya şirkətlərinin ordu üçün müharibə təyinatlı informasiya sistemləri vasitələri hazırladığını qeyd edir. Müharibə senarisi kimi ABŞ-ın Tayvanda yerləşən müdafiə sistemlərinin elektronik silahlarla vurulması və şəbəkələrin sıradan çıxarılması versiyası göstərilir. ABŞ-a ediləcək kiber hücumların araşdırılması da çətinləşəcək. Buna cavab verilməyəcəyi təqdirdə Amerika üçün gec olacağı xəbərdarlığı edilir.
azadliq.info


