ulduz fali

BÜRCLƏR – 29.06.2016

«AZADLIQ»IN RƏSƏDXANASI

QOÇ

Şəxsi həyatınızda güclü təsirlər özünü göstərəcək. Sevdiyiniz insandan dəstək alacaqsınız. Bir insanın verəcəyi tövsiyələr eşq həyatınızda işinizə yarayacaq.

BUĞA

Maddi mövzularda gözlənilməz yerlərdən yaxşılıqlar görə bilərsiniz. Bir nəfərin pulla bağlı məsələlərdə sizi istiqamətləndirəcəyi gözlənilir. Başqalarına edəcəyiniz köməklər bugünkü həyatınızda təsirli anlar yaşadacaq.

ƏKİZLƏR

Karyera sahələrinizdə güclü, amma geri planda dayanan insanlardan dəstək alacaqsınız. Şüuraltı doğru istiqamətiniz və müsbət düşüncələriniz işgüzar sahədə yeni qapılar açılmasına səbəb olacaq.

XƏƏNG

Eşq həyatınızda güclü və təsirli ünsiyyətlə hərəkətə keçəcəksiniz. Aşiq olduğunuz insanla yaxın ətrafınızın əlaqələri gözəl və güclü olacaq. Sevdiyiniz insanlardan dəstək görmək sizi xoşbəxt edə bilər.

ŞİR

Güclü yoldaşlarınızdan işinizə dair əhəmiyyətli dəstək və kömək görə bilərsiniz. Özünüzü inkişaf etdirəcəyiniz bir dövrdəsiniz. Ətrafınızın dəstəyi ilə bu dövr çox məhsuldar keçəcək.

QIZ

Pulla ağlı məsələlərdə ailənizdən bir böyüyünüzün dəstəyi günün hadisələindən olacaq. Evinizlə bağlı mövzularda təsirli nəticə əldə etmək üçün uyğun bir gündür. Davranışlarınızdakı dəyişmələr müsbət nəticələr verəcək.

TƏRƏ

Bu gün iş həyatınızda mötəbər şəxslərdən təsirli yardım alcaqsınız. Sizə etibar edəcəklər. Iş həyatınızda gücünüzü rahat nümayiş etdirə biləcəksiniz. Maddi vəziyyətiiz başınızı qatacaq.

ƏQRƏB

Iş həyatınızda və pul mövzusunda istədiyiniz dəstəyi alacaqsınız. Güclü bir insandan, iş sahəsində təsirli köməklər görmək xoşunuza gedəcək. Romantik düşüncələrinizi reallaşdıracaqsınız.

OXATAN

Iş mövzusundakı əzminizi ailənizdə həll etməniz lazım olan məsələlərə istiqamətləndirə bilərsiniz. Işdə sizə kömək edəcək güclü və təsirli insanlar ailə həyatınızda da dinclik təmin etmənizə köməkçi ola bilər.

OĞLAQ

Bu gün yaxın ətrafınızdakılardan birindən mənəvi dəstək görəcəksiniz. Təsirli ünsiyyətinizlə ətrafınızı və həyatınızı gözəlləşdirmək çox asan olacaq.

DOLÇA

Güclü şəxsiyyətinizlə ictimai mühitdə uğur qazana bilərsiniz. Avtoritar kəslərlə razılaşmanız asan olacaq. Yoldaşlarınıza kömək edə bilər və ya onlardan kömək görə bilərsiniz.

BALIQLAR

Xarici mühitdən və ya səyahətlərdən alacağınız xəbərlərlə özünüzü güclü hiss edəcəksiniz. Bir iddianız varsa, reallaşdıra bilərsiniz. Sizi dəstəkləyən tapılacaq. Sevdiyiniz insanı hər mövzuda dəstəkləyəcəksiniz.