Hadisə ötən gecə paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakinləri, 14 yaşlı Səma Orucova və onun rəfiqəsi, 10 yaşlı Lalə Cəfərova bıçaq xəsarəti ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına gətiriliblər. Azyaşlı qızların kimin tərəfindən bıçaqlanması hələlik məlum deyil.Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hadisəni törədən şəxs artıq müəyyənləşib. Qızlara bıçaqla xəsarət yetirən şəxsin adı və hadisənin baş vermə səbəbləri hələlik açıqlanmır.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az


