“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın şantaj və təhdid edilməsinə pisləyən daha bir beynəlxalq səviyyəli bəyanat gəldi. Bəyanatı Jurnalistləri Müdafiə Komitəsi (JMK) söz azadlığını müdafiə təşkilatı verib.
Bəyanatda deyilir ki, JMK korrupsiya, o cümlədən prezident İlham Əliyevin offşor biznesi haqda araşdırmalar aparan jurnalist Xədicə İsmayıla qarşı hədələri pisləyir.
«Biz həmkarımız Xədicə İsmayılı susdurmaq üçün intim taktikasından istifadə edilməsini eşidib dəhşətə gəldik. Biz Azərbaycan hakimiyyətini onun təhlükəsizliyinə zəmanət verməyə və cinayətkarları ədalət mühakiməsinə gətirməyə çağırırıq. Xədicə İsmayıl Azərbaycanın ən cəsarətli və azad jurnalistlərindən biridir. Onu ləkələmək istəyənlər onsuz da məğlub olublar», – deyə JMK-nın Avropa və Mərkəzi Asiya proqramlarının koordinatoru Nina Ognianova bildirib.


