AÇ: Fransa, Almaniya və Belçika 1/4-də

futbol fransa irlandiya

Günün son oyununda Macarıstan və Belçika milliləri üz-üzə gəlib. Oyun Belçika yığmasının 4-0 hesablı qələbəsi ilə başa çatıb.

Qollar: Alderveyreld, 10 (0:1), Miçu Batşuayi, 78 (0:2), Eden Azar, 80 (0:3), Yannik Ferreyra-Karrasco 90 (0-4)

1/4 finalda Belçika Uels yığması ilə qarşılaşacaq.

***

Günün ikinci görüşündə yarışın favoritlərindən sayılan Almaniya millisi Slovakiya ilə qarşılaşıb. Oyun gözlənildiyi kimi almanların qələbəsi ilə başa çatıb – 3:0. Yoahim Lövün komandası 1/4 finala yüksəlib.

Qol: Boatenq, 8, Qomez, 43, Draksler, 63

Almaniyanın 1/4 finalda rəqibi İtaliya-İspaniya oynunun qalibi olacaq.

***

“Avro-2016”nın 1/8 final mərhələsi davam edir. Bu gün daha üç qarşılaşma keçiriləcək.

Günün ilk oyununda meydan sahibi Fransa millisi İrlandiyanı sınağa çəkib. Oyunda hesab 2-ci dəqiqədə açılıb. İrlandiya yığması penalti hüququ qazanıb və Robert Bredi qapıçı ilə dueldə qalib ayrılıb. Lakin ikinci hissənin 58 və 61-ci dəqiqələrində Antuan Qrizman iki qol vurmaqla Fransa yığmasına qələbə qazandırıb.

Fransa yığması 1/4 finalda İngiltərə-İslandiya cütünün qalibi ilə qarşılaşacaq.