Ben Ladenin 3 dul arvadına hökm oxunacaq

Pakistanın Daxili İşlər Naziri Rəhman Malik qətlə yetirilmiş Əl Qaidə lideri Üsəma Ben Ladenin üç dul arvadının məhkəmə qarşısına çıxarıldığı haqda məlumat verib. Qadınlar ölkəyə qanunsuz yollarla girməkdə və yaşamaqda ittiham edilir. Ben Ladenin arvadları keçən ilin may ayından Pakistanda nəzarət altındadırlar. Əməliyyat zamanı evdə xeyli sayda uşağın olduğu da bildirilmişdi. Məhkəməyə göndərilən qadınların hansı cəzanı alacağı məlum deyil.