Hillari Klinton Rusiyadakı seçkiyə münasibət bidirdi

“ABŞ ATƏT müşahidəçilərinin Rusiyada prezident seçkisində qanun pozuntularına dair bəyanatlarından dolayı narahatlıq hissi keçirir”. Bunu ABŞ-ın dövlət katibi Hillari Klinton Polşanın xarici işlər naziri Radek Sikorski ilə birgə mətbuat konfransında bəyan edib.

Xanım Klinton vurğulayıb ki, qeydə alınmış qanun pozuntuları araşdırılmalıdır. ABŞ-ın dövlət katibi həmçinin Rusiyada seçkidən sonra etiraz aksiyalarının iştirakçılarının həbs edilməsindən narahatlıq duyduğunu deyib.

Bununla belə, Hillari Klinton ABŞ-ın Rusiyada prezident seçkisində qalib olmuş Vladimir Putinlə əməkdaşlığa hazır olduğunu qeyd edib (ans press).