Ictimai Palatanın Koordinasiya Şurasının dünən növbəti iclası keçirilib. Bu barədə qəzetimizə Koordinasiya Şurasının üzvü, tanınmış publisist Mehriban Vəzir məlumat verib. Onun sözlərinə görə, iclasda Ictimai Palatanın bu həftənin sonunda keçiriləcək sessiyasının gündəliyi, xüsusilə gündəliyin əsas məsələsi olan kütləvi aksiyalar, regional təşkilatların bu günlərdə keçirilən ümumrsepublika müşavirəsinin nəticələri, siyasi məhbuslarla bağlı martın 9-da saat 12-də keçirilməsi planlaşdırılan dəyirmi masa, AXCP Gənclər təşkilatının martın 6-da keçirdiyi aksiya və aksiya iştirakçılarına qarşı qəddarlıq müzakirə mövzusu olub.
Iclasda həmçinin təşkilatlanmanın daha ciddi şəkildə davam etdirilməsi və yeni mərhələsinə start verilməsi müzakirə edilib. Mehriban Vəzir bildirib ki, bununla əlaqədar Ictimai Palatanın Regional Təşkilatlanma Komitəsinin işinin genişləndirilməsinə qərar verilib. Və komitəyə yeni üzvlər cəlb edilib. Bunlar Koordinasiya Şurasının üzvləri Qələndər Muxtarlı, Pənah Hüseyn, Ibrahim Ibrahimli, Ədalət Yusibov və Rafiq Manaflıdır.
İP aksiyaları müzakirə edəcək
•