AzTV-nin əməkdaşı iş yerində dünyasını dəyişib

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində ölüm hadisəsi baş verib. Bu barədə APA-ya Səbail Rayon Prokurorluğundan bildirilib.

Hadisə dünən qeydə alınıb. Televiziyanın aparat-studiya blokunun rəis müavini, 58 yaşlı Əsgərov İbrahim Daşdəmir oğlu iş başında qəfildən dünyasını dəyişib. İlkin məlumata görə, mərhumun ölümünə ürək tutması səbəb olub. Hadisə ilə bağlı tibbi ekspertiza təyin edilib. Ölümün dəqiq səbəbləri ekspertizanın rəyindən sonra məlum olacaq.