Dəyanət Babayevin qabırğası sınıb, Cabbar Savalanlı isə başından xəsarət alıb
Martın 6-da AXCP fəalarının vicdan məhbuslarına azadlıq şüarı ilə keçirdiyi dinc aksiya zamanı zorakılığa məruz qalan gənclərdən Dəyanət Babayev və Cabbar Salvalanlı xəstəxanaya yerləşdirilib. D.Babayevin qabırğası sınıb, C.Savalanlı isə başından ciddi xəsarət alıb. Bu barədə “Turan”a AXCP-dən bildirilib.
Dəyanət Babayevin “Azadlıq” qəzetinə bildirdiyinə görə isə onlara aldıqları xəsarətlə bağlı tibbi arayış verməkdən imtina olunub.
İnformasiya şöbəsi


