Azərbaycanlı deputat Yesentukidə 35 milyona sanatoriya açdı

yesentuk-sanatoriyaYesentukidə Azərbaycandan yatırılan sərmayə hesabına tikilən yeni “İstoçnik” sanatoriyası açılıb. ANS PRESS-in məlumatına görə, 400 nəfərlik sanatoriya layihəsi Azərbaycan Respublikasının sərmayə proqramı kampaniyası çərçivəsində həyata keçirilib. Azərbaycan bu layihəyə 1,5 milyard rubl (35 milyon manat – red.) sərmayə qoyub.

Açılış mərasimində Stavropol diyarının qubernatoru Vladimir Vladimirov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bül-Bül oğlu, Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və layihəyə sərmayə yatıran tanınmış iş adamı Əsabil Qasımov iştirak edib.

Çoxistiqamətli sanator kompleks mədə-bağırsaq traktı, nəfəs orqanları, ürək-damar və dəri xəstəlikləri, şəkərli diabet, cinsiyyat orqanlarının xəstəliyi və uroloji patologiya xəstəliklərinin müalicəsi və profilaktikası, o cümlədən cərrahiyyə əməliyyatlardan sonra reabilitasiya müalicəsində ixtisaslaşır.

“İstoçnik” sanatoriyası son bir neçə ildə Qafqaz Mineral Sularında istifadəyə verilən ən iri kurort obyektidir.

Polad Bül-Bül oğlunun sözlərinə görə, yeni sanatoriya ən müasir standartlara cavab verir.

Layihənin sərmayəçisi  Əsabil Qasımov Milli Məclisin deputatıdır.