Mişlin Kalmi-Rey insan haqlarını pozduğuna görə hücuma məruz qalıb
İsveçrənin 3 ay əvvəl istefa vermiş prezidenti Mişlin Kalmi-Rey hücuma məruz qalıb. Ona “yağlı pirojna silləsi” vurublar. Hadisə Cenevrə konfransından sonra baş verib. İnternetdə yayılmış görüntüdə, mavi kurtkalı və başında tərsinə çevrilmiş sarı idman papağı olan yaşlı kişi Kalmi-Reyə yaxınlaşaraq, onunla söhbətləşir. Kişi keçmiş prezidenti insan haqqları və təməl azadlıqların qorunması haqqında konvensiyaları pozmaqda günahlandırıb.
“Mən? Mən heç nə pozmamışam” cavabını eşidən həmin şəxs pirojna dolu plasmast qabı çıxararaq eks prezidentin üzünə çırpıb. Zərbə o qədər güclü olur ki, qadın müvazinətini qismən itirir. Eks prezidenti vuran şəxsin “BSC” bankının keçmiş müştərisi Erik Duqu adlı vətəndaş olduğu müəyyənləşib.
azadliq.info


