ABŞ-da prezident seçkiləri öncəsi mühüm mərhələ geridə qaldı
ABŞ-da keçiriləcək prezident seçkilərindən öncə Respublikaçıların indiki Ağ ev rəhbəri Barak Obamaya rəqib olacaq namizədini müəyyənləşdirmək üçün təşkil olunan praymerizlər daha 10 ştatda baş tutub. Seçki öncəsi ən mühüm gün sayılan və “Super çərşənbə” adlandırılan praymerizlərdə respublikaçıların ən real namizədi, Massaçusets ştatının keçmiş qubernatoru Mit Romni 10 ştatdan 5-də qələbə qazanıb.
Romninin əsas rəqibi, keçmiş senator Rik Santorum isə 3, onqresin eks rəhbəri Nyut Qinqriç isə 2 ştatda qalib olub. Liberal mövqeyi ilə tanınan Ron Pol isə heç bir ştatda qələbə qazana bilməyib. Əlavə edək ki, praymerizlər yekunlaşdıqdan sonra ABŞ-da növbəti prezident seçkilərində respublikaçıların namizədi müəyyənləşəcək. Həmin şəxs demokratların əsas namizədi Barak Obama ilə mübarizə aparacaq.
azadlıq.info


