Ölkə 3-cü devalvasiyaya hamilədir

bank-dollar-manatAzər Mehtiyev: «Bu gün manatla bağlı durum arzuolunandan çox uzaqdır»

Hökumət yenə birinci və ikinci devalvasiyada olduğu kimi reallıqları nəzərə almadan, manatın bazarda möhkəmləndiyi ilə bağlı açıqlamalar verir. Halbuki, 2 devalvasiya hətta dövlət başçısı səviyyəsində manatın möhkəmləndiyi ilə bağlı açıqlamaların sonradan özünü doğrultmadığının şahidi olmuşuq.

Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun son açıqlaması da bu qəbildəndir. Onun sözlərinə görə, Azərbaycanda ABŞ ÿdollarının məzənnəsi hələ real bazarÿdəyərini tapmayıb: “Aparılan məqsədyönlü tədbirlər nəticəsində hazırda valyuta bazarında sabitləşmə müşahidə olunur, manat öz fundamental qiymətini almaqdadır”.

Bəs, manatın möhkəmləndiyi ilə bağlı deyilənlər nə dərəcədə əsaslıdır? Manatın dövriyyədəki həcminin azaldılması, iqtisadiyyatın kiçilməsi manatın məzənnəsini stabil saxlasa da ekspertlərə görə, bu çıxış yolu deyil.

azer mehtiyev

Iqtisadçı Azər Mehtiyev bildirdi ki, ölkəyə iri neft pulları gəldiyi dövrdə manatın möhkəmləndirilməsinin yanlış siyasət olduğu dəfələrlə vurğulanırdı. Hazırda “holland sindromunun” bütün əlamətlərinin özünü Azərbaycanda göstərdiyini deyən A.Mehtiyev vurğuladı ki, son illər manatın möhkəmlənməsinin əsas səbəbi məhz neft pulları idi: “Mərkəzi Bankın gəlirləri məhz həmin neft pulları hesabına artmışdı. Çünki Neft Fonduna daxil olan vəsaitlər ölkə iqtisadiyyatında manata çevrilməklə istifadə olunurdu. Bu da Mərkəzi Bank tərəfindən dövriyəyə əlavə manatın buraxılmasına gətirib çıxarırdı. Neftin qiyməti ucuzlaşdığı dövrdə ölkəyə dollar gəlmədi və əhali əlindəki manatları dollara çevirməyə başladı. Bu da ciddi bir devalvasiyaya gətirib çıxardı. Bu gün manatla bağlı durum arzuolunandan çox uzaqdır. Hazırda iqtisadı sabitlik yaransa da bunun əsasında iqtisadiyyatın güclənməsi və ölkəyə külli miqdarda dolların gəlməsi dayanmır. Bu daha çox iqtisadi fəallığın azaldılması hesabınadır”.

A.Mehtiyev vurğuladı ki, ölkəyə dollar gətirən mənbə neft olaraq qalır. Manatın taleyinin hələ də neftdən asılı olduğunu deyən A.Mehtiyev vurğuladı ki, manat hazırda iqtisadiyyatın kiçildilməsi hesabına sabitdir.

Xəyal