Onlar sözün həqiqi mənasında əsl qəhrəmanlardır

n_memmedli

Nurəddin Məmmədli

Özü də hər hansı bir döyüşün dəliqanlı qəhrəmanları deyillər. Bütün cəbhələrdə bu mənfur rejimə qarşı mübarizənin qalibləridirlər. Silahları çoxlarında olmayan intellektləri, fədakarlıq, cəsurluq və mübarizlikləridir. Güclərini ilahi sözlərin hikməti ilə ifadə edirlər. Hədəfə necə vururlarsa, yaratdıqları çirkabda boğulan məqam dəllallarının qəzəbinə tuş gəlirlər. O, üzdən də şərlənirlər, törətmədikləri “cinayətə” görə məhkum olunurlar. Nə əhfdən, nə də amnistiyadan payları yoxdur. Əvəzində bütün dünyada haqq və ədalət axtaran nüfuzlu beynəlxalq İnsan Haqları təşkilatlarının siyasi və vicdan məhbusları siyahılarının baş sıralarını tuturlar. Onlara görə bu hakimiyyət ittiham olunur, qınaq obyektinə çevrilir. Bununla da qazamatda da hakimiyyətdəkilərin başağrısına çevrilirlər, “Xalq mübarizə aparmır”, “Müxalifət zəifdir” kimi iddiaların əsassız olduğunu sübut edirlər. Yəqin ki, söhbətin AXCP üzvü olan siyasi məhbuslardan getdiyini anladız. Təbii ki, istənilən vətəndaşımızın yalançı və talançı zümrə tərəfindən şərlənərək həbs olunması ürəkağrıdan reallıqdır. Amma təsəllimiz odur ki, bu hərəkətləri ilə partiyamızı zəiflətmək çəhdi öz başlarında çatlayır. Bir nəfəri onlarla başqaları əvəz edir. Hakimiyyət öz yaramaz siyasəti ilə yeni qəhrəmanların yetişməsinə stimul yaradlr.

axcp-siyasi-mehbuslar