Martın 6-da Gürcüstan prezidenti Mixail Saakaşvilinin Azərbaycana rəsmi səfəri başlayıb.
Rəsmi qarşılanmadan sonra Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub. Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından danışılıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib. Bu səfərlərin iki ölkə arasındakı əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət etdiyi vurğulanıb.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb (“Azadlıq” radiosu).
Saakaşvili Bakıda Əliyevlə nələri müzakirə etdi?
•


