Makkeyn isə ABŞ-ı Suriya hakimiyyətinə qarşı hərbi müdaxiləyə çağırdı
Dəməşqdəki səfirliyini bağlayan İngiltərənin Suriyadakı elçisi Simon Kollins Bəşər Əsəd rejiminin bir neçə həftə ərzində devriləcəyini söyləyib. “The Times” qəzetinə açıqlama verən diplomat Suriya hakimiyyətini “içi oyulmuş ağac gövdəsinə” bənzədib. Simon Kollins Bəşər Əsədin əmrindəki əsgələrin yorğun və mənəvi cəhətdən depressiyada olduğunu, Suriya iqtisadiyyatının da çökməyə başladığını deyib.
“Bu vəziyyətdə Rusiya və Çin belə Bəşər Əsədi dəstəkləməkdən imtina edir” söyləyən diplomat Suriyanın daxilində hakimiyyətlə xalq arasında dərin uçurum yarandığını və rejmin tezliklə çökəcəyinə inandığını bildirib:“Əsədin il sonuna qədər dirnəcəyini sanmıram. O, daha tez devriləcək”.
Məşhur amerikalı senator Con Makkeyn ABŞ-ın Suriya hakimiyyətinin hərbi obyektlərini hədəf alan hava hücumlarına başlamasının vacib olduğunu bildirib. Respublikaçı senator hava hücumlarının Suriya xalqını qorumağı məqsəd daşıyan cəhdlərin biri hissəsi sayılmalı olduğunu söyləyib. Bu əməliyyatların, xüsusilə ölkənin şimalındakı müxaliflərə dəstək olacağını deyən Makkeyn Bəşər Əsəd əleyhdarlarının beynəlxalq hərbi yardım sayəsində siyasi və hərbi hərəkətlərini planlaşdıra biləcəklərini vurğulayıb.
azadliq.info


