Dünyanın ən zəngin adamı livan əsillidir

Karlos Slim 68.5 milyard dollarla kainatın varlıları siyahısına başçılıq edir

Dünyanın ən zəngin adamlarının növbəti siyahısı açıqlanıb. Sıyahıya əslən livanlı olan Meksika vətəndaşı, “America Movil”, “Telcel”, “Telefonos de Mexico” и “Altria Group” şirkətlərinin sahibi Karlos Slim başçılıq edir. Onun variadtı 68.5 milyard dollardır. İkinci yerdə “Microsoft”un qurucusu Bill Qeyts dayanır. Qeytsin varidatı 62.4 milyard dollardır. Üçüncü yerdə 43.8 milyard dollarla amerikalı milayder və investor Uon Baffetdir.

İKEA-nın qurucusu və sahibi İnqvar Kamprad 42.5 milyardlıq varidatla siyahıda dördüncü, avropalı milyarderlər arasında isə birinci yeri tutur. Avropanın ikinci ən varlı adamı isə 42.3 milyard dollarla “Moet Hennessy Louis Vuitton” imperiyasının sahibi Bernar Arno dayanır.
Maraqlı burasındadır ki, siyahının ilk iyirmiliyində rusiyalı milyarderlərin adı yoxdur. Rusiyanın ən varlı adamı isə Əlişir Usmanovdur. Onun varidat 20.6 milyard dollardır.