Münaqişələr səbəbindən yerini tərk edən insanların sayı bütün tarix boyu olmayacaq ən yüksək həddədir, BMT qaçqın agentliyi deyir.
Rəqəmlərə əsasən 2015-ci ilin sonunda 65.3 milyon insan ya yaşayış yeri axtararq qaçqın düşüb ya da daxildə yerini dəyişib. Bu isə il ərzində 5 milyon artım deməkdir.
Bu dünya üzrə hər 113 adamdan biridir, əlavə edilir.
Bu arada, BMT-nin qaçqınlar üzrə rəhbəri deyir ki, miqrant böhranının öhdəsindən gəlmək üçün aparılan mübarizə ilə abğlı Avropada “ksenofobiya iqlimi” yaranması narahatlıq doğurur.
Dünya Qaçqınlar Günü ilə bağlı çıxışında BMT deyib ki, ilk dəfədir bütün dünya üzrə qaçqınların sayı 60 milyonu keçib.
Onların yarısından çoxu müharibə ölkələri olan Suriya, Əfqanıstan və Somalidəndir, o əlavə edib.
Avropa miqrant böhranına böyük diqqət yetirilməsinə baxmayaraq, BMT deyib ki, qaçqınların 86 faizi aşağı səviyyəli və orta gəlirli ölkələrdə sığınacaq tapıblar.
O vurğulayıb ki, Almaniyanın daha çox qaçqın qəbul etməsi ölkənin onları qəbul etməyə nə qədər hazırlıqlı olmasını göstərir.
Bir sıra agentliklərin rəqəmi daha yüksək göstərməsinə baxmayaraq, Beynəlxalq Miqrasiya Təşkilatının hesabatına əsasən ötən il 1 milyon 11700-dən çox miqrant Avropaya dəniz vasitəsilə çatıb.
Bəzi 35 min insan isə quru yolu ilə gəlib, təşkilat deyir.
Onlardan çoxunun çatmaq istədiyi əsas ölkə varlı şimal dövlətləri olan Almaniya və İsveçdir.
‘Ksenofobiya iqlimi’
Böhran Avropa Ittifaqı ölkələri arasında böyük siyasi ziddiyyətlərə gətirib çıxardı ki, nəticədə Şengen azad zona olan bəzi ölkələr sərhədlərində hündür hasarlar çəkdi, sərhəd nəzarət xidməti yaratdı.
Avropa bloku qaçqın axınını dayandırmaq üçün Türkiyə ilə insan haqları qrupu tərəfindən kəskin tənqid edilən razılıq əldə etdi.
Digər çıxışında BMT-nin qaçqınlar üzrə rəhbəri deyib ki, Avropa liderləri qaçqınlarla bağlı neqativ stereotiplərlə mübarizə aparmaq və bu sahədə siyasətini yaxşı idarə etmək üçün daha çox çalışmalıdır.
“Cəmiyyətdə qaçqın və miqrantlara qarşı əks fikirləri oyadan insanlar, bu günkü Avropada böyük narahatlıq yaradan ksenofobiya iqlimi yaratmaqda məsuliyyət daşıyırlar”, Filippo Grandi AFP xəbər agentliyinə deyib.
O bildirik ki, Aİ bu məsələ ilə bağlı götürdüyü öhdəlikləri “həyata keçirməməsi” təəssüf doğurur və o, bunu “buraxılmış imkan” adlandırıb.