Azərbaycan Xalq Cəbhəsi Partiyası vicdan məhbusları Məhəmməd Məcidli və Babək Həsənova qarşı zorakılıqla bağlı bəyanat verib. Bəyanatda deyilir:
16 saylı cəzaçəkmə müəssisəsində saxlanılıan AXCP üzvləri, vicdan məhbusları Məhəmməd Məcidli və Babək Həsənov öncədən heç bir xəbərdarlıq edilmədən başqa cəzaçəkmə müəssisəsinə köçürülüb.
Köçürləmə heç bir qayda-qanun gözlənilmədən aparılıb, vicdan məbhuslarına şəxsi əşyalarını belə toplamağa imkan verilməyib; onlar həbsxana nəzarətçilərinin açıq təhqiri və viziki zorakılığı ilə üzləşiblər.
AXCP xatırladır ki, hər iki vicdan məhbusu 16 saylı müəssisədə dustaqların saxlanma şəraiti və orda olan korrupsiya hallarını ictimailəşdirməklə məşğul idilər. Onlar bu cür fəaliyyətdən sonra müəssisə rəhbərliyinin sərt təzyiqləri ilə üzləşib, bir neçə dəfə təxribata çəkiliblər.
Hər iki vicdan məhbusunun Qarabağ qazisi olduğunu vurğulayaraq AXCP baş verənləri qanun pozuntusu və insanlığa yaraşmayan hadisə kimi dəyərləndirir.
AXCP hakimiyyəti vicdan məhbuslarına qarşı ləyaqətli mövqe tutmağa səsləyir;
AXCP bəyan edir ki, vicdan məhbsularına qarşı aqressiv mövqe göstərmək əvəzinə bütün mütərəqqi dünyanın çağırışlarına cavab verərək bu günahsiz insanları dərhal azad etməlidir. Bunu etməyə cəsarət və alicənablığı çatmırsa heç olmaya vicdan məhbuslarınınq aldırdığı problemlər həll edilməli, cəzaçəkmə müəssisələrində normal durum yaradılmalıdır.


