Ölkəmiz sərhəddən mal keçirməyin çətinliyinə görə 170-ci yerdədir
Dünya Bankı “Daha şəffaf dünyada biznes etmək-2012″ adlı hesabat yayıb. Azərbaycan keçənilki hesabatda 69-cu yerdə idisə, bu dəfə 3 pillə irəliləyərək, 66-cı yerdə qərarlaşıb.
Müqayisədə götürəndə, Azərbaycan iş görməyə olan şəraitə görə, Bolqarıstanla (59-cu yer) Türkiyə (71-ci yer) arasındadır. Azərbaycan xarici ticarətin, sərhəddən mal keçirməyin çətinliyinə görə dünyada 170-ci yerdədir.
Ölkəmizdə bundan çətini isə tikintiyə icazə almaq və obyektinə işıq çəkdirməkdir. Azərbaycana tikintiyə icazənin çətinliyinə görə 172-ci yer verilib. Işıq çəkdirməyin çətinliyinə görə isə ölkə 173-cüdür.
Dünya Bankının hesabatı 183 ölkəni əhatə edir.
“Azadlıq” radiosu


